Davranış Qaydaları
ILEA-nın qlobal məzunlar portalı - Davranış Qaydaları
ILEA-nın qlobal məzunlar portalı təhlükəsiz virtual tədris və şəbəkələşmə mühitində peşəkarlığı, məsuliyyəti və hörməti təbliğ edən bir məkandır. Bu platformanı ziyarət edən bütün iştirakçıların hər zaman təhlükəsiz olmaq və özlərini təhlükəsiz hiss etmək hüququ var.
Məzunlar portalının veb-saytını ziyarət etdiyiniz zaman müzakirəyə qatılarkən, hekayələri, ən yaxşı təcrübələri paylaşrkən sərgilədiyiniz davranış sizin simanızı, təşkilatınızın, şöbənizin və ölkənizin nüfuzunu birbaşa əks etdirir. Bu səbəbdən özünüzə və təmsil etdiyiniz şəxslərə etibar qazandıracaq şəkildə davranmaq sizin borcunuzdur. Qlobal məzunlar portalını ziyarət edərkən Davranış Qaydalarına riayət etmək məqsədilə ILEA-nın məzunları olaraq sizdən əlinizdən gələni etməyinizi gözləyirik. Aşağıdaki davranışlar Məzun Portalında qəbulolunmazdır:
- ILEA-nın Vicdanlı davranış qaydalarına qarşı dələduzluq etmək və bu qaydaları pozmaq
- Başqasının əqli mülkiyyətini oğurlamaq və ya icazəsiz istifadə etmək
- Başqa bir məzuna, müəllimə, əməkdaşa və ya Portalın hər hansı digər üzvünə qarşı hörmətsizlik, itaətsizlik və ya aqresiv münasibət bəsləmək
- Asayişə və nizam-intizama zərər gətirən və ya ILEA-nın nüfuzdan salınması üçün xarakterik olan davranışlarla məşğul olmaq.
- ILEA-nın informasiya texnologiyaları resurslarının uyğun olmayan şəkildə və ya icazəsiz istifadə etmək
- İrqi, cinsi, dərinin rəngi, dini, etnik mənşə əlamətlərinə və ya cinsi mənsubiyyətə görə fərqlənən hər hansı bir qrupa və ya şəxsə qarşı zorakılıq təhdidi yaradan və ya zorakılığa təhrik edən açıq bəyanatlar vermək.
NİZAM-İNTİZAM
Davranış qaydalarının pozulması və/yaxud hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaraşmayan hər hansı davranış tərzi Məzunlar portalından dərhal xaric edilmə ilə nəticələnə bilər.